10:25 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. "Şaxələndirməyə gəldikdə əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır".
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müsahibəsi zamanı bildirib. Dövlət başçısı buna uyğun misal da çəkib.
"Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik".
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026