“Azəriqaz” yığılmış borclarını məcburi köçkünlərdən tələb edəcək

16:59 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. “Azərbaycanda məcburi köçkün abonentlərinin 30-35%-nin istifadə etdiyi təbii qaza müəyyən məbləğdə borcu yığılıb. Bu borcu silmək mümkün deyil və biz onun ödənilməsini abonentlərdən tələb edəcəyik”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

"Əvvəllər məcburi köçkünlərə yay və qış mövsümünə uyğun xüsusi qaz limitləri verilirdi. Son iki ildə mövsümə uyğun limit həcmi üçün konkret məbləğ verilir. Yəni dövlət məcburi köçkünlərə müəyyən həcmdə qazı ödənişsiz verirdi. Ancaq məcburi köçkün abonentlərimiz həmin limitdən artıq işlədirdilər. Limit sərfiyatı keçilmiş həcminiisə ödənişi olunmalıdır. Bu kateqoriyadan olan abonentlərin hamısında belə deyil. Təxminən 60-65 faiz hissə sərf etdiyi qazın həcmini ödəyir”, - o deyib.