11:54 - 31.08.2022
31 avqust, Fineko/abc.az. 2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub.
2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (80,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
Bu siyahıda Türkiyə (33,8 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,4 milyon ABŞ dolları) üçüncü olub. 2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub.