Azərbaycanın xaricə ən çox satdığı qeyri-neft malları - Siyahı

11:44 - 31.08.2022


31 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub.

ABC.AZ “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, bu siyahıda tomat (pomidor) (134,1 milyon ABŞ dolları) ikinci, karbamid (121,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2022-ci ilin yanvar-iyul ayları ərzində Rusiya Federasiyasına 462,2 milyon ABŞ dolları, Türkiyəyə 462,2 milyon ABŞ dolları, Gürcüstana 107,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 101 milyon ABŞ dolları və ABŞ-a isə 59,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Müəllif: Elmir Murad