11:28 - 31.08.2022
31 avqust, Fineko/abc.az. “İxrac icmalı”nın avqust sayı təqdim olunub.
ABC.AZ xəbər verir ki, “İxrac icmalı”nın avqust sayına əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb. 2022-ci ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2% artıb.
Müəllif: Elmir Murad