"Milla" südləri yararsız çıxdı - Zərərsizləşdirildi

10:55 - 29.08.2022


29 avqust, Fineko/abc.az. “AZ FP CO LTD” MMC-nin (Milla ticarət nişanı) Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, 16 adda 4383.46 kq müxtəlif növ süd məhsullarının xammal və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

ABC.AZ xəbər verir ki, bu, AQTA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Müəllif: Elmir Murad