ABŞ Rusiyadan hələ də məhsul idxal edir - Moskva isə hər ay 1 milyard dollardan çox qazanır

15:12 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.

ABC.AZ-ın məlumatına görə, Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.

Məlumata görə, son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partoyada ağac, metal, rezin və digər mallar göndərib.

Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır. Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O’Braynın bu rəqəmləri belə izah edib:

“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”.