11:56 - 25.08.2022
25 avqust, Fineko/abc.az. SOCAR və QazaqGaz Qazaxıstanda karbohidrogen hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.
ABC.AZ-ın məlumatına görə, bununla bağlı Memorandumu SOCAR prezidenti Rövşən Nəcəflə QazaqQaz Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Sanjar Jarkeşov imzalayıb.
Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsi, qaz-kimya sənayesinin inkişafı, qaz nəqli infrastrukturunun modernləşdirilməsi, bu sahədə innovativ texnologiyaların tətbiqi və digər mühüm sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsini nəzərdə tutur.
21 Avqust 2026
19 Avqust 2026