16:54 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Fransada qaz anbarları 88% doludur və hakimiyyət qışın əvvəlinə qədər anbarların doldurulmasını başa çatdırmağı gözləyir.
ABC.AZ xəbər verir ki, bu barədə RMS radiosunda Fransanın ekoloji keçid naziri Emmanuel Varqon bildirib. "Bizim anbarlarımız indi 88%-dən bir qədər artıq dolub.
Bu, Avropalı qonşularımızdan daha yaxşıdır. Biz qışın əvvəlində 100% dolu olmağı hədəfləyirik".
Nazir əlavə edib ki, Rusiya Federasiyasından qaz tədarükünün dayandırılması fonunda qışdan qiymətlər və sabitlik baxımından yaxşı çıxmaq üçün mümkün olan hər şeyi edirllir.
21 Avqust 2026
19 Avqust 2026