10:25 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı məhsulları üzrə ən böyük pərakəndə satış şəbəkəsi “X5 Group” Azərbaycan, həmçinin İran, Özbəkistan, Qazaxıstan, Çin, Türkmənistandan birbaşa tərəvəz və meyvə idxalının payının artdığını bildirib.
Məlumata görə, ən çox İrandan birbaşa tərəvəz və meyvə idxalı artıb. İslam Respublikasından alış Türkiyə, Azərbaycan və Ermənistan vasitəsilə həyata keçirilir.