16:29 - 23.08.2022
23 avqust, Fineko/abc.az. Qazaxıstan Azərbaycanı makaron məmulatlarının ixracı üçün perspektivli bazar hesab edir.
ABC.AZ xəbər verir ki, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzindən verilən məlumata görə, bu gün Azərbaycanın idxal etdiyi makaron məmulatlarının 92%-i Türkiyə və Rusiyanın payına düşür.
“RF-dən olan istehsalçılarla əməkdaşlıqda qarşıda duran çətinlikləri və Türkiyənin buğda idxalından asılılığını nəzərə alaraq, Qazaxıstanın makaron istehsalçıları tərəfdaşlara sərfəli şərtlər təklif etməklə Azərbaycan bazarına daxil ola bilərlər”, - deyə “QazTrade”in analitikləri hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanın pərakəndə makaron məmulatları bazarının həcmi 32,4 milyon manat, 2016-2021-ci illərdə orta illik artım tempi 3,7% təşkil edib.