15:54 - 23.08.2022
23 avqust, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qaz təchizatındakı itkilərin artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
ABC.AZ xəbər verir ki, o bu barədə sosial şəbəkədə canlı yayımda danışıb.
Ruslan Əliyev bildirib ki, hər ayın və hər rübün sonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəriciləri mətbuata məlumat olaraq verilir:
“2021-22-ci ilin 7 aylıq itki fərqi ilə bağlı qeyd etmək istəyirəm ki, 85 milyon azalma baş verib. Faizlə götürdükdə isə bu rəqəm 2,5 faiz itki deməkdir. Azalmanın səbəbi isə bizim apardığımız texniki işlərin nəticəsidir”.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026