14:04 - 23.08.2022
23 avqust, Fineko/abc.az. "Azexport" portalı Azərbaycanda istehsal olunan “Naftalan yağları” məhsuluna sərbəst satış sertifikatı təqdim edib.
ABC.AZ xəbər verir ki, əsasən kosmetik vasitə kimi istifadə olunan “Naftalan yağları” Küveytə ixrac olunacaq.
“Naftalan yağı” məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azexport portalı tərəfindən təqdim olunur.
Müəllif: Elmir Murad
18 Avqust 2026