Azərbaycanda “Google Pay” xidməti aktivləşir

11:47 - 23.08.2022


23 avqust, Fineko/abc.az. Bu gündən Azərbaycanın bir neçə bankının müştəriləri həm Android, həm də WearOS cihazlarında “Google Pay” xidmətindən istifadə edə biləcəklər.

ABC.AZ-ın məlumatına görə, “Google Wallet”in bu gün saat 12:00-da aktiv olacağı gözlənilir. Qeyd edək ki, “Google Pay”, istifadəçilərə mağazalarda (təmassız ödənişlərin aktiv olduğu), tətbiqetmələrdə və internet üzərindən təhlükəsiz alış-veriş etmək imkanı yaradır.

Təhlükəsizlik və məxfilik Google Pay və Google Wallet-in əsas üstünlükləridir ki, bu da çoxsaylı təhlükəsizlik təbəqələri ilə ödənişləri daha təhlükəsiz edir.

Qeyd edək ki, Google Wallet-dən istifadə üçün telefonda Android 6.0 və daha yuxarı yeniləmə olmağı kifayətdir.