10:43 - 23.08.2022
23 avqust, Fineko/abc.az. Bayden administrasiyası Türkiyə şirkətlərinə, sanksiya tətbiq olunan Rusiya qurumları (şirkətləri) və şəxsləri ilə iş görməmələri barədə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, Wall Street Journal (WSJ) qəzetinin ABŞ Ticarət Palatasının Türkiyə ofisinə göndərilən məktuba istinadən xəbərinə görə, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya qurumları və şəxsləri lilə iş görən Türkiyə şirkətlərinin olduğu bildirilib və onların da sanksiya riski altında olduqları qeyd edilib.
WSJ-ni məlumatlandıran mənbə eyni məktubun TÜSİAD-a da göndərildiyini qeyd edib.
Fevralda Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Birləşmiş Ştatlar Rusiya şirkətləri və şəxslərinə qarşı sanksiyalar elan edib.