09:30 - 23.08.2022
23 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artmaqdadır.
London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersləri saat 09:24-də $0,49 (0,51%) - barrel başına $96,97-ə qədər bahalaşıb. Avqustun 22 - də hərracın nəticələrinə görə, Brent neftinin oktyabr fyuçerslərinin dəyəri $0,24 (0,25%) - barrel başına $96,48-a düşüb.
Saat 09:24-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersi $0,56 (0,62%) - barrel başına $90,92-ə yüksəldi. Avqustun 22 - də keçirilən hərracın nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,08 (0,09%) - barrel başına $90,36-a düşüb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026