16:33 - 22.08.2022
22 avqust, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan "Gillmed" tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.
KOBİA-dan ABC.AZ-a verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.
KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış "Gillmed" tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur.
Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir.
Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir.
14 Avqust 2026