Cari ildə 24,9 mln.dollarlıq neft bitumu ixraca göndərilib

14:24 - 19.08.2022


19 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında ölkədən 87,2 min ton neft bitumu ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.

Məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 24,9 milyon ABŞ dolları olub.
Qeyd edək ki, ötən ilin müvafiq aylarında ölkədən 102,4 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 20,9 milyon ABŞ dolları olub.