14:17 - 17.08.2022
17 avqust, Fineko/abc.az. İyulda iyuna nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 92,4 faiz təşkil edib.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
Qeyd edilir ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin iyul ayı ötən ilin müvafiq ayına nisbətən 236,4 faiz, bu ilin yanvar-iyul ayları keçən ilin müvafiq dövrünə nisbətən 254,7 faiz artıb.
Sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin isə neft-qaz sənayesində 2022-ci ilin yanvar- iyul ayları 2021-ci ilin müvafiq aylarına nisbətən 218,8 faiz artımı qeydə alınıb.
21 Avqust 2026
19 Avqust 2026