09:16 - 12.08.2022
12 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən hərracların nəticələrinə görə artımdan sonra cümə günü ticarətdə azalır.
London ICE Futures birjasında saat 09:03 üçün Brent neftinin oktyabr fyuçersi $0,45 (0,45%) - barrel başına $99,15-ə qədər ucuzlaşıb. 11 avqusta keçirilən ticarət nəticələrinə görə, Brebt neftinin oktyabr fyuçersi $2,20 (2,26%) - barrel başına $99,60-a qədər artıb.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində, saat 09:04-də WTI neftinin sentyabr fyuçersləri 0,50 (0,53%) - barrel başına $93,84-ə düşdü. 11 avqust ticarətinin nəticələrinə görə, sentyabr neft fyuçerslərinin dəyəri $2,41 (2,62%) - barrel başına $94,34-ə yüksəldi.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026