BP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin olundu

12:14 - 26.07.2022


26 iyul, Fineko/abc.az. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə maliyyə məsələləri üzrə vitse-prezidenti dəyişib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifədə Niall Hendersonun Kolin Alan (Colin Allan) əvəz edib.

Ümumilikdə BP-də 22 il 11 aylıq təcrübəsi olan K.Alan 2014-2016-cı illərdə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ərazi planlaşdırma və kommersiya meneceri, 2015-2019-cu illərdə "Azəri-Çıraq-Günəşli" layihəsinin ərazi planlaşdırma və kommersiya meneceri vəzifələrində çalışıb.

2019-cu ilin avqustundan etibarən isə BP-nin Trinidad və Tobaqo üzrə nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.