11:45 - 25.07.2022
25 iyul, Fineko/abc.az. “AZ FP CO LTD” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaq məhsulları ilə bağlı müraciəti əsasında həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.
ABC.AZ xəbər verir ki, qərara əsasən, “AZ FP CO LTD” MMC tərəfindən istehsal olunmuş, lakin istifadəyə yararlılıq müddəti bitmiş 69 adda, 10616.84 kiloqram çəkidə xama, qaymaq, yoğurt, dondurma və digər növ süd məhsulları Sumqayıt şəhərindəki Tullantıların Zərərsizləşdirməsi Poliqonunda müvafiq qaydada məhv edilib.