12:33 - 20.07.2022
20 iyul, Fineko/abc.az. İngiltərənin "Henley" şirkəti dünyanın ən güclü pasportlarının siyahısını açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Henley Passport Index 2022”-də dərc olunub.
Məlumata görə, Yaponiya və Sinqapur 192 ölkəyə vizasız giriş imkanı verən ən güclü pasportlara malikdir. Onlar siyahıda ilk yerləri tutublar. Almaniya və Cənubi Koreya isə sonrakı yerlərdə qərarlaşıblar. Bu ölkələrin vətəndaşları 190 ölkəyə vizasız səyahət edə bilər.
Siyahıda daha sonra Finlandiya, İtaliya, Lüksemburq, İspaniya yer alıb. 2022-ci il üçün yeni siyahıya Ukrayna-Rusiya müharibəsi də təsir edib. Belə ki, Ukraynanın pasportu yanvar ayından etibarən möhkəmlənib və 143 ölkəyə vizasız giriş imkanı yaradan Ukrayna 35-ci yerdən 34-cü yerə yüksəlib.
Rusiya isə 117 ölkəyə giriş icazəsi verən pasportu ilə 46-cı yerdən 49-cu yerə düşüb.
Qeyd edək ki, Azərbaycan bu siyahıda 78-ci yerdədir. Ölkəmizin vətəndaşlarının 70 ölkəyə vizasız getmək imkanı var.
13 Avqust 2026
13 Avqust 2026