09:35 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Cümə axşamı günü keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri azalır.
London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri saat 09:23-də $2,33 (2,00%) - barrel başına $113,96-a qədər ucuzlaşıb. 1 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $0,69 (0,6%) - barrel başına $116,29-a qədər artıb.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri saat 09:22-də $2,37 (2,06%) - barrel başına $112,89-a düşdü. 1 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersinin qiyməti $0,59 (0,52%) - barrel başına $115,26-a yüksəldi.
21 Avqust 2026