14:10 - 31.05.2022
31 may, Fineko/abc.az. ABC.AZ "İxrac İcmalı"nın may sayına istinadən xəbər verir ki, 2022-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.