17:22 - 28.04.2022
28 aprel, Fineko/abc.az. İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında (Kinder Mini Eggs 75 qr, Kinder Egg Hunt Kit 150 qr, Kinder Surprise 100 qr, Kinder Schokobons 200 qr, Kinder Surprise 20 qr, Kinder Surprise 20 qr *3) salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.
ABC.AZ xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu müəyyənləşdirilib.
Eyni zamanda Agentliyə RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı yeni bildiriş daxil olub.
Qeyd edək ki, bugünədək ümumilikdə 198.3 kq məhsulun dövriyyədən çıxarılması təmin olunub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026