Azərbaycan Türkiyəyə 255 mln dollarlıq qeyri-neft məhsulları ixrac edib

17:26 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Cari ilin ilk rübündə Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələr sırasında Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və ABŞ qərarlaşıb.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumtaına istinadən xəbər verir.

Bildirilib ki, yanvar-mart aylarında Türkiyəyə 255,2 milyon dollar, Rusiyaya 149,4 milyon dollar, Gürcüstana 47,4 milyon dollar, İsveçrəyə 33,2 milyon dollar, ABŞ-a isə 28,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.