16:21 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Amerikalı milyarder İlon Mask daha bir niyyətini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bu dəfə milyarder "Twiter" şirkətini almaq istədiyini bildirib.
“SpaceX və “Tesla” şirkətlərinin sahibi Mask tviterin nə az, nə çox 100 faizini almağı düşünür.
Bunun üçün Mask “ən yaxşı və son” təklifini etdiyini bildirib.
O, hər bir səhm üçün 54,20 dollar təklif edib. Qeyd edək ki, sövdələşmənin ümumi məbləği 41,39 milyard dollara başa gələ bilər.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026