16:45 - 12.04.2022
12 aprel, Fineko/abc.az. “Bankless Times” “Motorola Edge”ni yüksək radiasiyaya malik smartfon adlandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Android Central” məlumat yayıb. “Bankless Times” ekspertləri telefon və məişət avadanlıqları üçün SAR (şüalanma dərəcəsi) səviyyəsinin hər kiloqram üçün 1,6 vatt müəyyən edib.
Sinaq zamanı “Motorola Edge” smartfonunun bu rəqəmi ötdüyü qeyd edilib. Nəticələrə görə, həmin telefonlarda şüalanma dərəcəsi bir kiloqrama 1,79 vatt düşür. Beləliklə, dünyanın ən təhlükəli smartfonu “Motorola Edge” seçilib.
11 Avqust 2026
12 Avqust 2026