14:50 - 7.04.2022
7 aprel, Fineko/abc.az. “Netflix” striminq servisinin Yaponiya bölməsi son üç il ərzində 1,2 milyard yen (hazırkı kursla 10 milyon ABŞ dolları) məbləğində vergini ölkənin büdcəsinə ödəməkdən yayınıb.
ABC.AZ-ın məlumatına görə, Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Yomiuri” qəzeti bildirib ki, Tokio vergi bürosunun keçirdiyi auditdən sonra bu nəticəyə gəlinib.
Məqalədə qeyd edilib ki, son üç il ərzində “Netflix”in Yaponiya bölməsinə yerli studiyaların və şirkətlərin istehsal etdiyi məhsulları nümayiş etdirmək hüququ verilib.
Bundan sonra Yaponiya bölməsi öz hüquqlarının bir hissəsini striminq servisinin Hollandiya bölməsinə ötürüb.
12 Avqust 2026