Fransanın daha bir şirkəti Rusiyada fəaliyyətini dayandırdı

11:23 - 30.03.2022


30 mart, Fineko/abc.az. Bildiyiniz kimi Rusiya-Ukrayna krizi çərçivəsində Avopa İttifaqı və bir sıra ölkələr Moskvaya qarşı bəzi sanksiyalar tətbiq edib.

ABC.AZ-ın məlumatına görə, Rusiyanın Ukraynaya hücumunu həzm edə bilməyən bəzi şirkətlər şimal qonşumuzdakı fəaliyyətini ya dayandırıb, ya da ölkəni tərk edir.

Rusiyada fəaliyyətini dayandıran şirkətlərdən biri də Fransanın tanınmış kampaniyasıdır.

Belə ki, Fransanın “Decathlon” idman mağazaları şəbəkəsi Rusiyada, o cümlədən Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.