16:50 - 16.03.2022
16 mart, Fineko/abc.az. Azərbaycanda dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsi olaraq bu ilin iki ayında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 12.419,7 mln. manat olub.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların təşviqi ilə bağlı görülən işlər qeyrineft-qaz sektoru üzrə ÜDM-ə müsbət təsir göstərib.
Bu göstərici cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 9.689,9 mln. manata çatıb.