12:24 - 16.02.2022
16 fevral, Fineko/abc.az. 2021-ci il ərzində Azərbaycan 1,673 milyard kilovatt-saat elektrik enerjisi ixrac edib.
Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat veriblər. Bu göstərici 2020-ci illə müqayisədə 31,23 faiz artıb.
Eyni zamanda, Azərbaycan ötən il 151,6 milyon kilovatt-saat elektrik enerjisi idxal edib ki, bu da 2020-ci illə müqayisədə 9,96 faiz çoxdur. Hesabat dövründə ixrac olunan elektrik enerjisinin 257,5 milyon kilovatt-saatı İranın, 720,6 milyon kilovatt-saatı Türkiyənin, 95,2 milyon kilovatt-saatı Rusiyanın, 600,1 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.
İdxal olunan elektrik enerjisinin isə 31,9 milyon kilovatt-saatı İranın, 95,1 milyon kilovatt-saatı Rusiyanın, 24,6 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.
19 Avqust 2026
18 Avqust 2026