15:26 - 14.02.2022
14 fevral, Fineko/abc.az. Bakıda torpaq sahələri ucuzlaşıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 18 421 manat olub.
Müqayisə üçün qeyd edək ki, bu qiymət əvvəlki aya (2021-ci il, dekabr) nisbətən 0,1 faiz, 2021-ci ilin yanvar ayına nisbətən isə 5 faiz azdır.
Bu da torpaq bazarında qiymətlərdə mütəmadi azalma müşahidə olunduğunu göstərir. Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 19 390 manat təşkil edib. 2021-ci ilin dekabr ayında isə bu qiymət 18 446 manat olub.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026