Prezident və xanımı Ağdam Cümə məscidində görülən bərpa işləri ilə tanış olublar

10:31 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda sədərdə olublar.

ABC.AZ-ın məlumatına görə, Prezident və xanımı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.

İşğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.