"Bluetooh"lara son- "Apple" qulaqlıqlar olmadan işləyəcək

16:38 - 7.02.2022


7 fevral, Fineko/abc.az. “Apple” qulaqlıqlarında “Bluetooth”u özünün patentləşdirdiyi simsiz optik səs ötürmə texnologiya isə ilə əvəz etməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səs mənbəyi qismində şirkətin 2022-ci ildə buraxmağı planlaşdırdığı əlavə reallıq qarnituru çıxış edəcək.

Qeyd edək ki, optik səs ötürmə texnologiyası “Bluetooth”dan daha yüksək keyfiyyətə malikdir.

Bununla belə, bəzi nüanslar var – o, yalnız qısa məsafələrdə işləyir, buna görə də sistemə əlavə “Bluetooth” modul quraşdırılacaq.