15:40 - 7.02.2022
7 fevral, Fineko/abc.az. Millət vəkili Vüqar Bayramov hesab edir ki, hotellərin 2021-ci ildə gəlirləri əvvəlki ilə nisbətən artıb.
ABC.AZ-ın məlumatına görə, deputat sözlərinə belə davam edib:"Ötən il mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olub. Bunun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu, ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər".
8 Avqust 2026
8 Avqust 2026