“Synergy Group” iflasda - 37 451 AZN vergi borcu var

10:14 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Azərbaycanın ən iri biznes subyektlərindən olan “Synergy Group” MMC çöküş ərəfəsindədir.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, kemiş Vergilər naziri Fazil Məmmədova məxsus şirkət daha əvvəlki kimi faəliyyət göstərmək iqtidarında deyil.

Bildirilir ki, Fazil Məmmədovun nazir kürsüsünü itirməsindən sonra MMC ümumiyyətlə fəaliyyət göstərməyib.

Bir müddət sonra keçmiş nazir “Synergy Group”un başına keçib və bununla da şirkət faəliyyətini bərpa edib. Lakin Fazil Məmmədov uğur qazana bilməyib.

Əksinə, şirkətin xeyli miqdarda borcu yaranıb. Şirkət məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı bəlli olub ki, hazırda “Synergy Group” MMC-nin 37 450.99 AZN vergi borcu var. Dövlət Vergi Xidmətinin MMC-ni məhkəməyə verdiyi bildirilir. 

Qeyd edək ki, “Synergy Group” MMC-yə 25 şirkət daxildir.