15:34 - 6.01.2022
6 yanvar, Fineko/abc.az. Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun (ETH Zurich) mütəxəssisləri su, hava və Günəş enerjisi vasitəsilə yanacaq istehsal edən xüsusi sistem yaradıblar.
ABC.AZ xəbər verir ki, yaradılmış sistem atmosferdəki CO2 qazı ilə suyu yığır və Günəş enerjisindən istifadə edərək onları yanacağa çevirir.
Ekoloji cəhətdən təhlükəsiz texnologiyaların qlobal şəkildə yayılmadıqları üçün təmiz energetikaya keçid prosesi çox ləng gedir. Bu problemin həlli sintetik yanacaq növləri ola bilərlər.
Bu cür yanacaq növləri tamamilə bərpa oluna bilən resurs rolunda çıxış edirlər və mövcud energetik infrastrukturdakı ənənəvi yanacaq növlərini tamamilə və ya qismən əvəz edə bilərlər.
18 Avqust 2026