14:30 - 30.12.2021
30 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
ABC.AZ xəbər verir ki, reytinqdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs təmsil olunurlar.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026