16:21 - 16.12.2021
16 dekabr, Fineko/abc.az. Azərbaycanda duru yağların qiymətinin bahalaşması rəsmi qaydada təsdiq edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, qarğıdalı yağının qiyməti noyabr ayında idxal olunanlar üzrə 5.88 manat/litr olub.
Bu da aylıq 0.69% bahalaşma deməkdir. Yerli istehsal olan qarğıdalı yağının qiyməti 5.43 manat/litr olmaqla son ayda 0.32% bahalaşıb.
Günəbaxan yağının qiyməti isə son ayda yerli istehsal olanlar üçün 0.66% bahalaşma ilə 4.25 manat/litrə, xaricdən idxal olunanlar üçün isə 0.71% artımla 4.47 manat/litr olub.
Günəbaxan yağı ilin əvvəlindən 37.72% artım nümayiş etdirir.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026