İnternet tv-lər gündəlik 6 saat işləyəcək - İsmət Səttarov

16:53 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. İnternet televiziya anlayışı yeni, geniş anlayışdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.

“İnsanlar bəzən səhv salır, elə bilirlər ki, istənilən internet kanalı internet televiziyadır. Hansısa insanın bir videobloqu, şəxsi kanalı varsa, TV sözü yazmaqla dərhal bu kanal internet televiziya olmur. Qanun layihəsində konkret tələblər var. İnternet TV o olacaq ki, gündəlik minimum 6 saat fəaliyyət göstərəcək. Belə nümunələr də artıq var. Onlar da bizə müraciət ediblər ki, fəaliyyətləri qanuna uyğun olsun. Biz də qərara gəlmişik ki, media subyekti kimi fəaliyyət göstərmək istəyən həmin kanallara imkan yaradaq. Ancaq internetin, kanalların bloklanacağı barədə deyilənlər əsassızdır. Lisenziya almayanlara gəlincə, internet üzərində onlar bu gün necə fəaliyyət göstərirlər, gələcəkdə də elə fəaliyyət göstərəcəklər” deyə İ.Səttarov qeyd edib.