Ukraynada azərbaycanlıya vəzifə verildi - Təyinat

10:52 - 11.11.2021


11 noyabr, Fineko/abc.az.Ukraynada azərbaycanlı energetika naziri müavini təyin olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib. O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.