Prezident Şamaxıda Üzüm Tingçilik Mərkəzinin açılışına qatılıb

10:34 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi noyabrın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər. ABC.AZ xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına və birinci xanıma Mərkəz barədə məlumat verib. Bildirilib ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək.