15:06 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ümumi ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu "İxrac İcmalı"nda oktyabr sayında öz əksini tapıb.
Sözügedən sayda qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub.
2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.
2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol (15,7 milyon ABŞ dolları) üçüncü olub.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026