13:29 - 5.04.2018
5 aprel, Fineko/abc.az. 28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 milyard manat təşkil etmişdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (FIMSA) məlumatında deyilir ki, bankların cəmi öhdəlikləri 24,6 milyard manat təşkil edir.
2018-ci il fevralın 28-də Azərbaycanda bankların ümumi kapitallaşması 3,9 milyard manat təşkil etmişdir. Əhalinin bank əmanətləri 28 fevral 2018-ci ildə 7,7 milyard manat təşkil etmişdir.
2018-ci ilin fevral ayında bank sektorunun aktivləri 1,2% (329 mln. manat), ümumi öhdəlikləri 1% (246 mln. manat), kapitallaşma isə 2,2% (83 mln. manat) artıb.
28 fevral 2018-ci il tarixinə Azərbaycanda 511 filial və 143 şöbəsi olan 30 bank fəaliyyət göstərir. Bankomatların sayı 2 444 ədəddir. Azərbaycanın bank sektorunda ümumilikdə 16 331 nəfər çalışır.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026