13:00 - 1.08.2026
1 avqust, Fineko/abc.az. "Energy Institute Statistical Review of World Energy 2026" hesabatına əsasən, 2025-ci ildə qlobal kömür istehlakı 166 ekcadjoula (EJ) çatıb.
Dünya üzrə yandırılan hər iki ton kömürdən birindən çoxu Çinin payına düşür. Əsas istehlakçı ölkələr və regionlar üzrə bölgü aşağıdakı kimidir:
TOP-3 kömür istehlakçısı:
Çin: Qlobal istehlakın 50%-dən çoxu;
Hindistan: 23,1% (istehlak həcmini sürətlə artırır);
ABŞ: 8,7% (qaz və bərpa olunan enerji mənbələrinə keçid fonunda azalma davam edir).
Regionlar üzrə mənzərə:
Asiya (Çin və Hindistan istisna olmaqla): Yaponiya (4,4%), Avstraliya (1,5%), Malayziya (1,1%), Vyetnam və Filippin (hərəsi 0,9%), Tailand (0,6%), Pakistan (0,5%).
Şimali Amerika: 5,5% (Kanada və Meksika daxil olmaqla).
Avropa: Cəmi 3,3%.
Afrika: 2,7% (Cənubi Afrika Respublikasının payı 3,7% təşkil edir).
Cənubi Amerika: 0,7% (Braziliya — 0,5%).
Dünyanın kömür istehlakı iki Asiya giqantının — Çin və Hindistanın əlində cəmləşməkdə davam edir. Bu iki ölkə qlobal kömür tələbatının təxminən 3/4 hissəsini təmin edir. Avropa və Şimali Amerika trendi "yaşıl enerji"yə doğru dəyişsə də, Asiya hələ də iqtisadi artımın əsas drayveri kimi kömürə üstünlük verir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026