“Şahdəniz” qaz yatağına çəkilən xərclər 75% çoxalıb

15:42 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Bu ilin I yarısında “Şahdəniz” qaz yatağına 1,506 milyard ABŞ dolları xərc çəkilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% çoxdur.

ABC.AZ “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, son 1 ildə yataq üzrə əməliyyat xərcləri 2,8 dəfə artaraq 1,14 milyard dollara çatıb, əsaslı xərclər isə 19% azalaraq 366 milyon dollara düşüb. Xərclərin böyük hissəsi “Şahdəniz-2” layihəsinə aid olub.