Qonşu ölkədə 1 gündə virus 12 nəfərin həyatına son qoydu - Statistika

12:23 - 12.03.2021


12 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 332 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 343 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 274,377 nəfərə çatıb. Onlardan 267,764 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,634 nəfər həyatını itirib.