12:13 - 9.03.2021
9 mart, Fineko/abc.az. Aprelin 19-da, saat 15:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.
Yığıncaqda şirkətin ləğv olunması prosesi müzakirə olunacaq.